İŞİD terror təşkilatı tərəfdarlarını dünyanın dörd bir tərəfindəki Türkiyə səfirlikləri və konsulluqlarına hücum etməyə çağırıb.
Avropa.info xəbər verir ki, İŞİD-in iki nömrəli adamı Adnaninin öldürülməsindən sonra, onun yerinə keçən Əbu Həsən əl Mühacirin səs yazısı yayılıb.
Mosul yaxınlığındakı Telaferdəki İŞİD-çilərə müraciət edən Əbu Həsən əl Mühacir onlara şəhəri tərk etməmə çağrışı edib. İŞİD sözçüsü Türkiyəyə də hücum etməyə çağırış edib.
“Dünyəvi və mürtəd Türkiyə hökumətinə hər cür təhlükəsizlik, hərbi, iqtisadi və media sahəsində, hətta onları dünyada təmsil edən hər bir səfirlik və konsulluqlara hücum edin”.
Cia.az
