|
Azərbaycanda 4 məhkum ölüb -

Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.

Cia.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar - 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.

Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçıdır.

O özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb.

Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Cia.az