|
Rusiya Hələbdə atəşkəsə dair BMT qətnaməsinə veto qoyub

Rusiya Suriyanın Hələb şəhərində humanitar vəziyyəti yaxşılaşdırmaq üçün yeddi günlük atəşkəs rejiminə dair  BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.  APA-nın Reuters agentliiynə istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin lehinə, Rusiya, Çin və Venesuela isə əleyhinə səs verib.

Qətnaməni tənqid edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, belə bir sənədin qəbul edilməsi terrorçulara yerlərini dəyişməyə imkan verəcək. O, həmçinin səsvermənin Rusiya və ABŞ ekspertlərinin görüşünədək təxirə salmağı təklif edib.

Cia.az