|
Milli Məclis büdcə müakirələrinə toplanır

Milli Məclis bu gün növbəti plenar iclasa toplaşacaq.Cia.az-ın məlumatına görə, iclasda 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunacaq.
Büdcə müzakirələri dekabrın 6, 7 və 8-də keçiriləcək iclaslarda baş tutacaq.

Gündəliyə təklif olunan məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 

2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il 
büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 

3. "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 

4. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə 

5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında 

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında .

Cia.az