|
Polisə rüşvət verən azərbaycanlı saxlanıldı
Ukraynada polisə rüşvət verən Azərbaycan vətəndaşı saxlanılıb.
 
Ölkə.az xəbər verir ki, hadisə Nikolayevsk vilayətində baş verib. Bu barədə Nikolayevsk Məhkəməsinin mətbuat katibi Nikolayeva bildirib. Azərbaycanlı bu ilin əvvəlində haqqında açılmış cinayət işi ilə əlaqədar dekabr ayının birində polislərə 5 min ABŞ dolları verib. Pulun müqabilində o, işin ört-basdır edilməsini istəyirmiş.
 
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Cia.az