Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Yuxarı Seyfəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az
