ABŞ Nümayəndələr Palatasının üzvü, Avropa və Avrasiya vəüzrə altkomitənin sədri Dana Rohrabaher “Azadlıq” radiosuna qarşı təzyiqləri pisləyib.
Onun bəyanatında deyilir:
“Azərbaycanın dünyanın bu vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin “Azadlıq” radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir.
Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi və daha sonra “Azadlıq” radiosunun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur", - konqresmen vurğulayıb.
Konqresmen ümidvar olduğunu bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmələr keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu ərazilərin müəyyənləşməsinə yardım edəcək.
Rorabaher X.İsmayılı azad etməyə çağırıb.
“Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar", - bəyanatda qeyd olunur.
Bundan öncə də bir neçə amerikalı konqresmen X.İsmayılın azad edilməsinə çağırıb.
Dekabrın 5-də "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıla həbs olunub. Radionun Bakı bürosunda dekabrın 26-da axtarış aparılıb, ofis möhürlənib. Daha sonra radionun onlarla əməkdaşı istintaqa çağırılıb ("Azadlıq.org").
