|
Türkiyədə 2 terrorçu tutuldu

Türkiyədə iki PKK terrorçusu tutulub. 

Diyarbakır əyalətinin Bağlar rayonunda PKK-çıların polisə atəş açmasından sonra terrorçularla polislər arasında atışma baş verib. Atışmada iki terrorçu ələ keçib. Diyarbakır Valiliyindən verilən açıqlamada terrorçuların PKK-nın dağ heyətindən gəldiyi bildirilib. 
 
Valilik ələ keçən terrorçulardan birinin yaralı olduğunu qeyd edib və atışma vaxtı yoldan keçən gənc bir qızın yüngül yaralandığını qeyd edib.
Cia.az