|
Bakıda 51 yaşlı piyadanı maşın vurdu, sürücü qaçdı
Bakıda yolu keçmək istəyən 51 yaşlı kişini markası məlum olmayan avtomobil vurub.
 
Musavat.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Məmmədov Namiq Əlimərdan oğlu yolu keçmək istəyərkən onu sürətlə gələn naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.
 
Hadisə şahidlərinin köməkliyi ilə yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az