|
Neft 55 dolları keçdi, 17 ayın rekordunu TƏZƏLƏDİ

Dünya bazarında neft bahalaşmaqda davam edir. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Brent” markalı neft 2015-ci ilin 24 iyulundan sonra ilk dəfə 55 dolları keçib.

Saat 12:45 üçün "Brent" neftinin qiyməti 1,27% artaraq 55,14 dollara çatıb.

Xatırladaq ki, noybarın 30-da OPEK ölkələrinin Vyana görüşündə neft hasilatının sutkada 1,5 milyon barel azaldılması “qara qızıl”ın bahalaşmasına səbəb olub.

Cia.az