|
Yıldırım Medvedyevlə nəyi müzakirə edəcək? – Detallar
Türkiyənin Baş naziri Binəli Yıldırımın Moskva səfəri ilə bağlı bəzi detallar məlum olub.
 
Axar.az xəbər verir ki, rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşdə əsas müzakirə mövzusu Suriya böhranı olacaq.
 
Görüşdə Hələb sakinlərinə humanitar yardımın çatdırılması, “Fərat qalxanı” hərəkatı çərçivəsində iki ölkənin koordinasiya və kəşfiyyat məlumatlarının mübadiləsi müzakirə ediləcək.
 
Yıldırımın gündəmində vizaların ləğvi, ortaq enerji layihələri, kənd təsərrüfatı məhsullarının ixracı kimi önəmli məsələlər də var.
 
Türkiyənin baş naziri səfərinin ikinci günündə Tatarıstanın paytaxtı Kazana səfər edəcək.
cia.az