|
Komitə sədri Parisə niyə gedir?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün  dekabrın 6-da Fransanın paytaxtı Parisə  səfərə gedəcək.

Bu barədə Cia.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq.

 

İclasda millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

 

Səfər dekabrın 11-də başa çatacaq.

Cia.az