|
Moskvada 30 aviareys təxirə salındı
Moskva aeroportlarında pis hava şəraitinə görə, təxminən 30 reys təxirə salınıb.
 
Aznews.az xəbər verir ki, Vnukovo aeroportunda bir reys, Domodedovoda 8 reys ləğv edilib, 14-ü gecikib. Şeremetyevo aeroportunda 22 reys ləğv edilib, 5-i gecikib.
 
Sinoptiklər bəyan ediblər ki, yaxın günlərdə də Moskvada güclü boran, qar gözlənilir.
Cia.az