ABŞ-ın Kaliforniya ştatının Olklend şəhərində dekabrın 3-də baş vermiş güclü yanğında ölənlərin sayı 33-ə çatıb.
"Report"-un məlumatına görə, bu barədə "RİA Novosti" yerli telekanallara istinadən məlumat yayıb. Qeyd edək ki, dekabrın 3-də ABŞ-ın Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib. Məlumata görə, hadisə şənlik keçirilən zaman qeydə alınıb. İlkin məlumatda, yanğın zamanı 9 nəfərin öldüyü, 25 nəfərin itkin düşdüyü bildirilirdi.
Oklend şəhərinin meri yanğında ölənlərin sayının 40 nəfərə çata biləcəyini bildirmişdi.
Cia.az
