|
Əslən azərbaycanlı olan rusiyalı filosof Heydər Camal vəfat edib
Rusiya İslam Komitəsinin sədri Heydər Camal 70 yaşında vəfat edib.
 Bu barədə ictimai xadimin "Facebook"dakı rəsmi səhifəsində qeyd olunub. 
Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası Cahid Camal, anası isə İrina Şapovalovadır.
 
Cahid Camal Rusiyanın əməkdar rəssamıdır. O, Azərbaycanın Ağdam rayonun Abdal-Gülablı kəndində anadan olub.
 
Heydər Camalın babası isə Böyük Vətən müharibəsində Qarabağın hərbi komissarı olub. Daha sonra o, Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.
 
Heydər Camal Rusiyanın məşhur politoloq və teoloqlarındandır. Uzun illər boyu Rusiyada islam hərəkatına rəhbərlik edən şəxslərdən biri kimi tanınır. 2010-cu ilin martın 10-da o, Rusiya müxalifətinin “Putin getməlidir” bəyannaməsinə imza atıb.
 
Heydər Camal Rusiyada Azərbaycanın əsas müdafiəçilərindən sayılırdı.
 Cia.az