|
Braziliyada helikopter qəzaya uğrayıb: 4 ölü
Braziliyanın San-Paulu şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident San-Pauludan 60 km aralıda yerləşən Sau-Lourensu şəhərində qeydə alınıb. Hadisə nəticəsində iki kişi və iki qadın ölüb. Yerə çırpılandan sonra helikopter yanıb.
 
Qəzanın səbəbləri araşdırılır.