İtaliyanın baş naziri Matteo Renzi istefa verəcəyini bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunlarına həsr olunmuş mətbaut konfransında bəyan edib.
“Bu gün Nazirlər kabinetinin iclasını çağıracam, sonra isə istefa vermək üçün Kvirinal sarayına yollanacam”, deyə M.Renzi bildirib.
Ekzit-polların nəticələrinə əsasən, seçicilərin 59,1 faizi referendumda baş nazirin təkliflərinin əleyhinə səs verib.
Cia.az
