|
Dubayda fəhlə avtobusu qəzaya uğrayıb:
Dubayda baş verən ağır avtomobil qəzasında beş nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb. 
Bu barədə məlumat "The National" qəzetində yer alıb.
Məlumata görə, 20 fəhləni aparan avtobus Əl Rabbat- Əl Garhoud trassında yük maşını ilə toqquşub. Dörd nəfər yerindəcə dünyasını dəyişib,bir nəfər isə yaralı olaraq aparıldığı xəstəxanada həyatını itirib. Daha dörd fəhlə isə həkim nəzarətindədir. Polis qəzanın səbəbini araşdırır.
Cia.az