|
Evsiz kişi körpünün altında tikdiyi otağını kirayə verir-
ABŞ-dan olan və küçələrdə yaşayan şəxs Los-Anceles körpüsünün altında özü üçün hazırladığı otağa görə internetdə məhşurlaşıb. 
Bu barədə məlumat "Huffington Post"-da yer alıb. Məlumata görə, otaq başqa yaşayış otaqlarından heç də geri qalmır. Küçələrdə yaşayan 59 yaşlı kişinin öz otağını reklam etdiyi anlar lentə alınıb. "Facebook" sosial şəbəkəsinə yerləşdirilən videoya bir milyondan çox baxış olub. 

Evsiz kişi otağını bir gecə üçün 10 dollara, bir həftəlik isə 25 dollara kirayə verdiyini bildirir.