Kolumbiyanın Kordova şəhərindən olan Amerika adlı 99 yaşlı qadın ABŞ vətəndaşlığı alıb.
Bu barədə məlumat "Yahoo News"-da yer alıb. Məlumata görə, adətə uyğun olaraq, qadın ABŞ-ın konstitusiyasını və qanunlarını düşmənlərdən qoruyacağına, ümid və inamla yeni vətəninə xidmət edəcəyinə and içib.
Bildirilir ki, Amerika Mariya Ernandes 1917-ci ildə Kolumbiyada anadan olub. Yaşlı qadın 1988-ci ildə ABŞ-a gələrək, burada evli olan qızlarının birinə uşaqları saxlamaqda kömək edib.100 yaşının tamamına az qalmış Amerika növbəti dəfə yaşayış müddətini artırmaq əvəzinə vətəndaşlıq almaq qərarına gəlib.
Cia.az
