|
Eddi oynadı, komandası qalib gəldi

İspaniya ikinci liqasında XVII turun oyunları keçirilib. 

Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun  çıxış etdiyi “Kadis” öz meydanında  “Saraqosa” ilə qarşılaşıb. Görüş “Kadis”in böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
 
İsrafilov görüşün 68-ci dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, “Kadis” 17 turdan sonra 24 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.

Cia.az