|
Azərbaycan Əfqanıstan üzrə konfransın Bakıda keçirilməsinə razılaşdı

Əfqanıstan üzrə növbəti "Asiyanın ürəyi" beynəlxalq konfransı 2017-ci ildə Azərbaycanda keçiriləcək və bu ölkə gələn il həmsədr olacaq.

Bu barədə Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani məlumat verib. Nazir konfransın Bakıda keçirilməsinə razılıq verdiyi üçün Azərbaycana təşəkkür də edib.

Xatırladaq ki, Lapis-Lazuli layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur.

"Asiyanın ürəyi" konfransı hər il keçirilir və "İstanbul prosesi" adını daşıyır. Bu formatda birinci konfrans 2011-ci ilin noyabrında İstanbulda olub.

Cia.az