|
Gəncədə 49 yaşlı qadın dəm qazından boğularaq ölüb

Gəncədə dəm qazından boğulma olub.

Cia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Cia.az