|
Çində kömür mədənində 21 nəfərin öldüyü təsdiqlənib
Çin hökuməti kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfərin öldüyünü təsdiqləyib.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, daha bir nəfər itkin düşmüş hesab olunur. İnsident noyabrın 30-da Sitayxe şəhərində  baş verib.  Hadisə yerində xilasetmə əməliyyatı davam edir. 
 
Çin mədənlərində təhlükəsizlik texnikasının qaydalarının pozulması hər il minlərlə fəhlənin ölümünə səbəb olur. 
Cia.az