|
İndoneziyada 5,0 bal gücündə zəlzələ baş verib
İndoneziyanın şərqində 5,0 bal gücündə zəlzələ baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Saumlaki şəhərindən 184 km şimal-qərbdə, ocağı 171 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. 
Cia.az