Suriyanın müxalif “Halasi Vatani” hərəkatı Bəşər Əsədi devirmək üçün İsrailə əməkdaşlıq çağırışı edib.
Axar.az xəbər verir ki, bunu suiyalı müxalif vəkil Firas Hacı Yəhya deyib.
O qeyd edib ki, bu müraciət Suriya xalqının maraqlarını müdafiə etmir:
“Daha əvvəl “Halasi Vatani” qruplaşmanın adını eşidən olmayıb. Onların siyasətdə heç bir fəaliyyəti yoxdur. Sadəcə bununla onlar gündəmə gəlmək istəyirlər. Suriya xalqı Fələstini dəstəkləyir. Biz onlara xəyanət edə bilmərik”.
cia.az
