|
Kerri və Lavrov sonuncu dəfə görüşdülər

İtaliyanın paytaxtında  Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında görüş olub. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.

Onun sözlərinə görə söhbət zamanı tərəflər  Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.

“Dövlət katibi Suriyadakı vəziyyət, xüsusilə Hələbdə mülki vətəndaşlara davam edən hücumlarla bağlı narahatlığını bildirib” - deyə Trüdo məlumat verib.

Cia.az