|
Tovuzda gəlin-qaynana qazdan zəhərləndi

Tovuzda dəm qazından zəhərlənmə olub. Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Cia.az