|
"Aztelekom" MMC-yə baş direktor təyin olundu

"Aztelekom" MMC-yə baş direktor təyin olunub.

Bu barədə Cia.az-a  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Suat Paşayev “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Cia.az