|
Ombudsmana büdcədən veriləcək pulun məbləği dəyişmədi

2017-ci ildə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov danışıb.

Nazir bildirib ki, gələn il Ombudsmanın fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq.

Xatırladaq ki, 2016-cı ildə də Ombudsman Aparatının fəaliyyətinə 1,9 milyon manat ayrılmışdı.

Cia.az