Baş prokuror Zakir Qaralov cari il dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Ba. Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79nömrəli telefonuvə [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Cia.az
