|
TBMM Rusiya ilə “Türk axını” ilə bağlı sazişi təsdiqlədi

Türkiyə Böyük Millət Məclisi Rusiya ilə “Türk axını” qaz kəmərinin tikintisi üzrə sazişi təsdiqləyib.

CİA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsinin “lehinə” 210, “əleyhinə” 7 deputat səs verib.

Dünən Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşündə Sergey Lavrov bildirmişdi ki, “Türk axını” Rusiyanın, Türkiyənin və Avropanın maraqlarına cavab verir.

Cia.az