|
38 yaşlı kişini evdən çağırıb bıçaqldılar
Bakının Səbail rayonunda 38 yaşlı kişi tanışı tərəfindən yaşadığı evin yaxınlığında bıçaqlanıb.
Gülbala Əliyev küçəsində yaşayan 1978-ci il təvəllüdlü Həmzəyev Mahir Nazim oğlu tanışının telefon zəngi ilə yaşadığı evdən çıxıb. M.Həmzəyevlə onu küçəyə çağıran şəxs arasında mübahisə düşüb və o, bıçaqlanıb.
 
M.Həmzəyev aldığı xəsarətlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Cia.az