|
Avstriyada qadın anasını, qardaşını və üç uşağını qətlə yetirdikdən sonra intihar edib
Avstriyada qadın odlu silahdan anasını, qardaşını və 7-10 yaşlarında olan üç uşağını qətlə yetirdikdən sonra intihar edib.  
 
APA-nın Avstriyanın APA agentliyinə istinadən verdiyi xəbərə görə, Sankt-Pelten dairəsinin Bogerkimşen kəndində baş vermiş insidentin səbəbləri hələlik  məlum deyil. Polis faciəyə “üçüncü tərəfin” səbəb olduğunu ehtimal edir.   
 
Araşdırma aparılır. 
cia.az