|
Rusiyanın beynəlxalq ehtiyatları 3,7 mlrd. dollar azalıb
Noyabrın 25-ə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 385,7 mlrd. dollar təşkil edib. 
 
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının yaydığı məlumatda deyilir.
 
Beləliklə, 18 noyabrdan etibarən ehtiyatlar 3,7 mlrd. dollar azalıb. Noyabrın 18-ə olan məlumatlara əsasən, şimal qonşumuzun beynəlxalq ehtiyatları 389,4 mlrd. dollar olub.
 
Maraqlıdır ki, bir həftə öncə də Rusiyanın ehtiyatları 3,7 mlrd. dollar azalıb.
cia.az