SOCAR bu ilin noyabr ayında Novorossiysk limanı vasitəsilə 159 min 712 ton xam neft ixrac edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5,86% azdır. Ümumilikdə bu ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 137 min 953 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 11 ayı ilə müqayisədə 10,40% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
cia.az
