Mosul əməliyyatının başlanmasından bəri 1600 peşmərgə döyüşçüsü həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə Şimali İraq Kürd Muxtariyyətinin Peşmərgə Nazirliyi məlumat yayıb.
17 oktyabrdan bəri İŞİD-ə qarşı döyüşdə 10 mindən çox peşmərgə üzvünün yaralandığı bildirilib.
Bundan əlavə, terrorçularla savaşda İraq ordusundan isə 2000 əsgərin öldüyü və 450-nin isə xəsarət aldığı vurğulanıb.
cia.az
