Ukraynanın Krım yarımadasının yaxınlığında həyata keçirdiyi raket sınağı Beynəlxaq Mülki Aviasiya Qurumu (ICAO) tərəfindən araşdırılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Nəqliyyat naziri Sergey Sokolov “RİA Novosti”yə açıqlamasında deyib.
“Bu məsələ ICAO platformasında müzakirə edilir. Ümid edirəm ki, olayla beynəlxalq arenada ciddi araşdırma həyata keçiriləcək”, - Sokolov bildirib.
Qeyd edək ki, Ukrayna ordusu bu gün Krım yaxınlığında raket sınağı üçün təlimlərə başlayıb.
cia.az
