|
Fransada polis 900 kiloqramdan çox kokain müsadirə edib
Fransanın Bayonna və Biarrits şəhərlərində polis 900 kiloqramdan çox kokain müsadirə edib, 10 nəfər saxlanılıb.
 
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  saxlanılanlar arasında Fransa, Kolumbiya, İspaniya və Niderland vətəndaşları var. Saxlanılanların üzərindən 1 milyon avroyadək pul götürülüb.
 
Məlumata görə, əməliyyat  Fransa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.  
cia.az