|
Helsinki hava limanında 24 nəfər qazdan zəhərlənib
Finlandiyanın Helsinki-Vantaa hava limanının ikinci terminalının uçuş zonasında naməlum qaz sızması baş verib.
 
"Report" xəbər verir ki, hadisə nəticəsində 24 nəfərin tənəffüsündə problem yaranıb, onlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib.
 
"Yle" nəşri yazır ki, bütün zərərçəkənlər hava limanı əməkdaşları olublar, sərnişinlərdən heç kim zərər çəkməyib.
 
Ehtimala görə, buna havalandırma sistemində yaranan nasazlıq səbəb ola bilər.
cia.az