|
Türkiyədə böyük əməliyyat - 56 nəfər tutuldu

Türkiyənin 5 şəhərində FETÖ təşkilatının üzvlərinə qarşı əməliyyat təşkil olunub. 

Əməliyyat nəticəsində haqlarında həbs qərarı olan 87 nəfərdən 56-ı saxlanılıb. İzmir prokurorluğu tərəfindən təşkil olunan əməliyyat İzmir, İstanbul, İğdır, Muğla və Kütahya rayonlarında həyata keçirilib. Həbs olunanlar arasında Adil Öksüzün yaxın qohumu Zübeyr Öksüzün də olduğu bildirilir. Zübeyr Öksüzün İzmirin Adnan Menderes hava limanından xaricə qaçmaq istəyərkən tutulduğu qeyd edilib. 

 
Xatırladaq ki, Adil Öksüz FETÖ-nün Türkiyə Silahlı Qüvvələri arasına sızdırılmış imamı kimi tanınır. 
Cia.az