Boks üzrə Avropa çempionu olan türk qardaşlar Adanada silahdan açılan atəş nəticəsində yaralanıb.
Hadisə 1 dekabr, axşam saatlarında baş verib. İddiaya görə, boksçu qardaşlar - Buğra Öner və Alptuğ Öner uzun müddətdir davalı olduğu 4 gənclə Adananın Güzelyalı məhəlləsində görüş təyin ediblər. Qardaşlarla qarşı qrup arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib və qarşı qrupdan biri silah çəkərək qardaşları ayağından yaralayıb.
Ətrafdakı adamların təcili yardıma zəngindən sonra idmançı qardaşlar xəstəxanaya çatdırılıb. Davada iştirak edən 4 gənc isə polisə gələrək təslim olublar.
Cia.az
