|
ABŞ-ın Tennessi ştatında yanğınlar nəticəsində 10 nəfər ölüb
ABŞ-ın Tennessi ştatında tüğyan edən yanğınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilmişdi.  Son üç nəfərin yanmış cəsədi Sevi dairəsində aşkarlanıb. Ölənlərin kimliyini müəyyən etmək mümkün olmayıb. Xilasetmə əməliyyatı başa çatmaq üzrədir, ərazilərin böyük hissəsi yoxlanılıb. Təxliyə olunmuş sakinlər noyabrın 2-dən etibarən evlərinə dönə biləcək.
 
Yanğınlar nəticəsində 74 nəfər xəsarət alıb, dairədə 700-dən çox binaya ziyan dəyib.  
cia.az