|
"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti La Liqada "Barselona" - "Real" oyunu öncəsi açıqlama verib. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, "El-Klassiko"nu izləyib-izləməyəcəyi komandasının "Maynts"la oyununun nəticəsindən asılı olacaq: "Əgər "Maynts"a uduzsaq, ağlayacam. Buna görə də "El-Klassiko"ya baxa bilməyəcəm". Qeyd edək ki, K.Ançelotti 2013-2015-ci illərdə "Real"ı çalışdırıb. Əlavə edək ki, "Maynts" - "Bavariya" görüşü sabah keçiriləcək. "Maynts" "Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən biridir. Cia.az
|
