|
Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonpor" Türkiyə kubokunda ilk oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda H qrupunda "Gümüşhanespor"la qarşılaşıb. Matç Ərsun Yanalın komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin futbolçusu Ramil Şeydayev sözügedən oyun üçün 18-likdə yer alıb, ancaq baş məşqçi ona şans verməyib. "Trabzonspor" - "Gümüşhanespor" - 1:2 Cia.az
|
