|
Kavani 100-ə çatdı
Fransa çempionatının 15-ci turunda PSJ öz meydanında “Anje”ni 2:0 hesabı ilə məğlub edib. 
Oyunun 66-cı dəqiqəsində Edinson Kavani penaltidən fərqlənib. Bu, uruqvaylı forvardın Paris klubunun heyətində vurduğu 100-cü qoldur. Yubiley qoluna təcrübəli forvard 166-cı oyunda imza atıb. 
Qeyd edək ki, Kavaniyə qədər PSJ-nin heyətində Dominiko Roşto, Pedro Pauleta və Zlatan İbrahimoviç 100 qol həddini aşıblar. 
Cia.az