|
Məşhur “Biq Mak” sendviçinin yaradıcısı vəfat edib
Məşhur “Biq Mak” sendviçinin yaradıcısı Cim Delliqati 98 yaşında ABŞ-da vəfat edib.
Bunu “McDonald’s” restoranlar şəbəkəsinin mətbuat katibi Kerri Ford bildirib.
Onun ölümünün səbəbi açıqlanmayıb.
 
Qeyd edək ki, C.Delliqati 1967-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “McDonald’s”ın yerli obyektinin direktoru olarkən, hamburgerin standart ölçülərini dəyişdirməyi təkilf edib.
 
Məlumata görə, “MakMaffin” adlı yumurtalı yemək də onun kəşfidir. 
Cia.az