|
Samir Şərifov: “2017-ci ildə Neft Fondundan büdcəyə 6,1 milyard manat transfert olunacaq”
2017-ci il üzrə büdcə zərfinin Milli Məclis 5 komitəsinin (Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət və Əmək və sosial siyasət) birgə iclasında müzakirəsi davam etdirilir. 
 
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müzakirələrin gedişi barədə reqlamenti və müzakirələrin detallarını elan etdikdən sonra sözü maliyyə naziri Samir Şərifova verdi. Maliyyə naziri bildirdi ki, 2017-ci ildə Dövlət Neft Fondundan büdcəyə 6 milyard 100 milyon manat vəsait transfert ediləcək, bu da cari illə müqayisədə 1,5 milyard manat azdır. Nazir əlavə etdi ki, 2016-cı ildə neftin büdcədə qiyməti bir barel üçün 25 dollardan götürüldüyü halda, gələn il bu rəqəm 40 dollar olacaq. 
 
Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
Cia.az