|
Türkiyədə ticarət mərkəzi yandı:

Antaliyada ticarət mərkəzində yanğın baş verib. 

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Antaliya şəhərinin Muratpaşa rayonunundakı ticarət mərkəzinin 8-ci mərtəbəsində baş verən yanğın böyük həyəcana səbəb olub. İlkin məlumatlara görə, yanğının başlamasına səbəb boş qutuların alışması olub. Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. 

Qısa zamanda böyüyən yanğın dam örtüyünün də alovlanmasına səbəb olub. Ticarət mərkəzi qısa müddətdə boşaldılıb və yanğın söndürülüb.
Cia.az