|
Yaponiya XİN rəhbəri Rusiyaya səfər edəcək
Yaponiyanın xarici işlər naziri Fumio Kisida Rusiyaya səfər edəcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-də başlayan səfər üç gün davam edəcək.
 
Yaponiya XİN rəhbəri Vladimir Putinin Yaponiyaya səfəri ərəfəsində Rusiyada bir sıra görüşlər keçirəcək. Dekabrın 3-də Fumio Kisida Rusiya xarici işlər naziri Sergey  Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər müzakirə ediləcək.
 
“Kiodo” agentliyinin məlumatına görə, dekabrın 2-də Yaponiya XİN rəhbərinin Sankt-Peterburqda Vladimir Putinlə görüşü gözlənilir.
Cia.az